BURADA REKLAMINIZ OLA
BİLƏR

"Gözünüzü üstümüzdən çəkin" - Xədicə İsmayıl qadınların aksiyasından danışdı

"Aksiyadan əvvəl təşkilatçılara o plakatla bağlı suallar verdim. Dedilər, bizim deyil, plakatı qaldıran xanım da təşkilatçı deyil, amma kiməsə “sən filan şüarı qaldırma” deyə bilmərik, hər kəsin söz azadlığı var".

 

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Xədicə İsmayıl ötən gün Bakının mərkəzində bir qrup qadının keçirdiyi aksiyada müzakirəyə səbəb olan plakatla bağlı deyib.

"Məncə gərək səy göstərəydilər, o xanım da aksiyadan əvvəl müzakirələri görüb, bir az düşünəydi. Amma bunlar bir yana, indi bütün tənqidlər o qıza yox, aksiya təşkilatçılarına yönəlib. Onlar heç nəyi yanlış etməyib halbuki!

Aksiyada onlarla şüar vardı. O şüarlardan bir neçəsini mən yazım, qalanını da siz xatırladın.

Bir qadının azadlıqdır zinəti!
O konvensiya buraya gələcək!
Burada Nərmin və Elina da ola bilərdi
Gül buketi yox, azadlıq istəyirəm
Bozbaş yoxdur üsyan var!
Cənab Əliyev, qadın öldürülsə, günahkar sənsən!
Gözü qaraldılan qadınlar üçün gözümü qaraldıb gəldim
Yasda deyil, üsyandayıq!
Ən murdar virus patriarxatdır
Equality has no gender (bərabərliyin cinsi yoxdur)
Öldürülən qadınlar ən azı bir dəfə şikayət ediblər!
Barışdırma araşdır!
Equality Safety Justice (bərabərlik, təhlükəsizlik, ədalət)
Şiddətə susma!
Oxuyuram, əl çəkin!
və s.

Aksiyanın bəyanatı da şərhdə

İndi aksiyanı tənqid edənlər, siz deyin, buna niyə etiraz edirsiniz?
Qadına şiddətin, zorakılığın, qadın savadsızlığının tərəfadırısız, ona görə?
Söz azadlığına təhəmmülünüz yoxdur? Qadın düşmənisiz? Quldarsız?

Bu arada siyasətçiləri də izləyirik axı. Əli Kərimlinin təkzibli təbriki utandırıcı, Azər Qasımlının isə dəyərləri müdafiəsi gözəl idi.

Siz gözünüzü üstümüzdən çəkin! Bizim də gözümüz üstünüzdədir!" - X.İsmayıl əlavə edib.

Tarix: 9 Mart 2020, 20:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin