BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan feministlərinin qələbə çalacağına heç bir şübhə yoxdur" - Rəsul Quliyev

"Dünyada hakimiyyəti insan, xüsusilə qadınların haqlarını təmin etməyə məcbur etmiş feminizm hərəkatı nəhayət Azərbaycana da çatıb".


Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq spikeri Rəsul Quliyev deyib.


R.Quliyev xatırladıb ki, feminizm praktiki olaraq 1840-cı illərdən (feminizm ideyaları Fransuz dahiləri Volter və Manteskyu tərəfindən 18-ci əsrdə irəli sürülmüşdür) ABŞ-da yaradılıb, IX əsrin sonlarında Avropa ölkələri, xüsusilə Böyük Britaniyada böyük vüsət alıb: "Nəticədə ölkələrdə 1920-ci illərdə qadınların seçib-seçilmək hüquqları təmin edilib. Feminizmin ikinci mərhələsi 1960, üçüncü mərhələsi 1990-cı illərdə başlayıb və indiyə qədər davam edir. Son illər xüsusilə güclənib. Hüquqlarının bərpası uğrunda mübarizədə müxtəlif ölkələrdə minlərlə qadın aktivistlər qətl edilib, bu repressiyalar hərəkatın qarşısını ala bilmədi, əksinə daha da alovlandırdı. XX əsrin əvvəllərində hakimiyyət və ona yaxın qəzetlərdə gedən materiallar araşdırılsa, feministlərin "əxlaqsız", "fahişə" və sairə iyrənc təhqirlərə məruz qaldığının şahidi olarsınız".

 

Sabiq spiker qeyd edib ki, həmin proses 120 il sonra Azərbaycanda baş verir: "Eyni qaydada hökümət ruporuna çevrilmiş informasiya vasitələri feministləri təhqir edirlər. Buna baxmayaraq bu savaşda Azərbaycan feministlərinin qələbə çalacağına heç bir şübhə yoxdur. Çünki tarix bunu təsdiq edir".

Tarix: 9 Mart 2020, 22:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin