BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah evdən çətirsiz çıxmayın, intensiv yağış yağacaq

Azərbaycanda sabaha – noyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 6-9° isti, Bakıda gecə 4-6°, gündüz 7-9° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % olacaq.

 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-4° isti olacaq.  

Tarix: 24 Noyabr 2019, 13:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin