BURADA REKLAMINIZ OLA
BİLƏR

ARB-dən Zaur Kamalla bağlı açıqlama

"Telekanal rəhbərliyinin bu məsələdə nə edəcəyi ilə bağlı qərar yoxdur. Zaur reklam fasiləsindən qayıtdıqdan sonra fikrinə aydınlıq gətirib".


Bunu Pravda.az-a ARB telekanalının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mail Əskərov “Həmin Zaur” verilişində aparıcı Zaur Kamalın qonağı efirdən qovmasına məsələsi ilə bağlı açıqlama verərkən deyib.


"Məncə, Zaur yetərincə açıqlama verdi. Ancaq yenə də qeyd edirəm ki, rəhbərlik tərəfindən Zaura qarşı hansısa tədbirin görülməsi ilə bağlı məlumat yoxdur" - M.Əskərov qeyd edib.

 
Xatırladaq ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində proqramın aparıcısı Zaur Kamal iranlı müğənni Afşin Azərin efirdən qovub.


Leyla

Tarix: 30 İyun 2022, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin