BURADA REKLAMINIZ OLA
BİLƏR

Kərim: “Söylədiyim fikirlərə görə ““MTV” telekanalına xəbərdarlıq edilməsi barədə məlumatım yoxdur”

“Söylədiyim fikirlərə görə Audiovizual Şuranın ““MTV” telekanalına xəbərdarlıq etməsi barədə məlumatım yoxdur və buna heç bir münasibət bildirmək istəmirəm”

 

Bunu Pravda.az-a müğənni Kərim Abbasov deyib.

 

Qeyd edək ki, Audiovizual Şura “MTV” telekanalında yayımlanan “MTV maqazin” proqramında “Media haqqında” Azərbaycan Respublikası Qanununun pozulması faktını qeydə alıb və bununla bağlı telekanala xəbərdarlıq edilib. Belə ki, həmin proqramda müğənni Kərim Abbasov  “...Ailəni dağıtdın e. Bax, o, kişidi. Yenə də gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən neynəyəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə...ikinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdi səni alan?... Oturacaqsan evdə tək?... boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandı. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdu... nə xanım kimi xanımdı, ya nökər kimi nökərdi...” kimi ifadələri səsləndirilib.

 

Leyla

Tarix: 30 İyun 2022, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin