BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zaur Kamalın hərəkəti həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur”

ARB televiziyasında özünü “aparıcı” adlandıran şəxs Afşin Azəri adlı gənc müğənini canlı efirdə qəsdən aşağılayıb, nüfuzdan salmaq məqsədi ilə təhqiramiz və tərbiyədən uzaq davranışa məruz qoyaraq, efirdən qovub. Bu hərəkət həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Ələsgər Məmmədli bildirib.

 

“Hüquqi baxımdan pozuntudur, ona görə ki, çiçəyi burnunda “Media haqqında” Qanunun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların o cümlədən audiovizual yayımçıların heç kimin  şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir. Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcının” məsuliyyəti yox, həm də onun efirə buraxan ARB  televiziyasının məsuliyyəti vurğulanır. Bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır. “Media haqqında” Qanunun 47.1.5. maddəsi  audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir. Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq edtdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır. Deməli, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir. (Media Reyestrinin yaradılmasına start verilməsi ləngisə də, qanunun pozuntusu faktı qeydə alınmalıdır, çünki qanun qüvvədədir). Həm hüquqi, həm etik məsuliyyət mövcuddur. Qurumlar öz funkiyasını ya özündə cürət və məsuliyyət tapıb icra etməli, ya da qorxaqlıqlarını susqunluqları ilə təsdiq etməlidir. Buyurun, top sizdədir!” – Ə.Məmmədli qeyd edib.

 

Nadir

Tarix: 30 İyun 2022, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin