BURADA REKLAMINIZ OLA
BİLƏR

Osman Gündüz: “ARB TV baş verənlərə görə məsuliyyət daşıyır”

“ARB televiziyasında aparıcının Afşin Azərini alçaltması, efirdən qovması nəinki etik sərhədləri aşmaqdır, həm də ciddi qanun pozuntusudur. Burada açıq-aşkar şərəf və ləyaqətin alçaldılmasına, nüfuzdan salınmaya yönəlik hərəkətlər olub. Eyni zamanda veriliş canlı yayımlanmasına baxmayaraq, ARB televiziyasının da bunun qarşısını almaq imkanları olub”.

 

Pravda.az xəbər verir ki, bu sözləri ekspert Osman Gündüz aparıcı Zaur Kamalın müğənni Afşin Azərini qeyri-etik şəkildə efirdən qovması barədə danışarkən deyib.

 

“Lakin göründüyü kimi, cavabdeh şəxslər buna əməl etməyib. Bu baxımdan ARB TV də baş verənlərə görə məsuliyyət daşıyır. Düşünürəm ki, Audiovizual Şura, MEDİA Agentliyi və Mətbuat Şurası ARB-nin adı çəkilən verilişində qanunvericiliyin tələblərinin və etik prinsiplərin pozulmasına münasibət bildirməli və sərt tədbirlər görməlidir”, - ekspert bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 30 İyun 2022, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin