BURADA REKLAMINIZ OLA
BİLƏR

Dünya çempionunu öldürən “Emin 444”ün xalası oğlunun məhkəməsi başlayır

Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə təqsirləndirilən Samir Şirəliyevin ibtidai istintaq yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: Bu il martın 14-də saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində 1984-cü il təvəllüdlü Zaur Yusifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


İlkin istintaqla 2000-ci il təvəllüdlü Samir Şirəliyevin qətlə yetirilən xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Z.Yusifovu qisas almaq məqsədilə odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Samir Şirəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Xatırlatma: 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü E.Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Z.Yusifov da tutulub.
 

Kikboks üzrə dünya çempionu Z.Yusifov E.Səfərovun qətlini sifariş etməkdə ittiham edilmişdi.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
 

Qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.


Kamal Məmmədov 

Tarix: 1 İyul 2022, 06:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin