BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis metrostansiyalarda vətəndaşları niyə yoxlayır? – RƏSMİ AÇIQLAMA

Bakının metrostansiyalarında DİN əməkdaşları tərəfindən seçmə şəkildə sərnişinlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Onların COVİD-19-a yoluxub-yoluxmamaları yoxlanılır.

 

Bu barədə Pravda.az-a vətəndaşların müraciəti daxil olub. Bildirilir ki, polis əməkdaşları bunun daxili göstəriş olduğunu deyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Pravda.az-ın sorğusuna cavab olaraq bildirdi ki, nəzarət profilaktik qaydada ərazidə aktiv COVİD-19 xəstəsi olması ilə bağlı daxil olan məlumat əsasında seçmə üsulla yoxlamalar aparılır. Burada hansısa xüsusi bir prosedur, qayda yoxdur.

 

Aytəkin Qardaşova

Tarix: 1 İyul 2022, 11:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin