BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Zaur Kamalın etdiyi tərbiyəsizlikdir, ölçü götürülməlidir”

Zaur Kamalın videosuna baxdım və xəcalət çəkdim. Dərhal yadıma düşdü ki, vaxtilə bu Zaur Kamalın cəzalandırılmasını tələb edəndə, televiziya rəhbərliyindən kimsə demişdi ki, onun hər addımı, hər qədəmi bizim üçün puldur. İnsanları özbaşına pul qazanmağa qoysalar, onda həmin insanlar qanunu da pozarlar, etikanı da, ədəb-ərkanı da... Doğrusu, Zaur Kamalın verlişinə çox baxmıram, hərdən nəzər yetirirəm. Belə insanların pul qazanmaq istəyi heç vaxt qanunları, etikanı, ədəb-ərkanı pozmalı deyil. Kobud, başqalarının xətrinə dəyən, alçaldan ifadələrdən istifadə etməklə Zaur Kamal kimi aparıcılar az qala özlərini sahib kimi aparırılar və bu, çox yöndəmsiz görünür. İnsan nə dərəcədə qırmızı olar ki, qonağı belə təhqir edə? Üstəlik bu qonaq Cənubi Azərbaycandan ola. Afşin Azəri Zaur Kamala heç bir pis söz demirdi. Dedi ki, “elə bildim burda da məni istəyirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

“Şou əhlinə o qədər də baxmıram, ona görə də, bilmirəm, Afşin Azəri Azərbaycanda nə qədər məşhurdur, ya deyil. Ancaq insanı xalqın qarşısında təhqir etmək, alçaltmaq və studiyadan qovmaq çox böyük tərbiyəsizlikdir. Zaur Kamal haqqında ölçü götürülməlidir. Ölçü götürülmürsə, ARB televiziyasının özünün məsələsi müzakirə olunmalıdır. Necə olur ki, Zaur Kamala ARB televiziyası bu qədər iradə verir, o da özbaşına belə hərəkətlər edə bilir? Ona görə də ARB telekanalı heç bir ölçü götürmürsə, kanal özü buna görə cavab verməlidir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 1 İyul 2022, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin