BURADA REKLAMINIZ OLA
BİLƏR

Elşad Miri: "Borca girərək qurbanlıq alanlar kimə paylayacaqlar?"

İyulun 8-dən 10-dək Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bayram ərəfəsində qurbanlıq heyvanların qiymətlərində artım müşahidə edilir. Belə olan halda maddi durumu aşağı olan insanlar necə davranmalıdır? Bəzi hallarda insanlar, hətta borca girərək qurbanlıq heyvan alırlar.

 

Bu məsələ ilə bağlı dinşünas Elşad Miri Pravda.az-a açıqlama verib.

 

“Qurban bayramı zamanı əsas məsələ imkanlı şəxslərin qurbanlıq alıb imkansızlara paylamasıdır. Borca girərək qurbanlıq alanlar kimə paylayacaqlar? Burada əsas məqsəd qurbanlıq payın imkanı aşağı olanlanlara çatmasıdır. Yəni əsas məsələ budur. Əgər pulu olmayan adam borc alıb qurbanlıq kəsəcəksə, məntiq harada qalır?”, - deyə E.Miri bildirib.

 

Leyla Yusubova

Tarix: 1 İyul 2022, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin