BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat zəhərlənərək ölən nişanlı tələbə qızla bağlı bəzi faktları açıqladı

Milli Məclisin deputatları Azər Badamov, Eldəniz Səlimov və Aydın Mirzəzadə bir neçə gün əvvəl zəhərlənmədən dünyasını dəyişən Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Şəkər Faiq qızı Xasmətovanın Qusar rayonunun Xurel kəndində yas mərasimində iştirak ediblər, ailəyə başsağlığı veriblər.

Pravda.az-ın xəbərinə görə, bu barədə A.Mirzəzadə məlumat yayıb.


Deputat qeyd edib ki, Şəkər öz həmkəndlisinə nişanlı imiş, zəhərlənən gün təcili yardım həkimi getdikdən sonra nişanlısı ilə telefonla danışır, başının ağrıdığını bildirir: "Nişanlısı təcili Bakıya gəlmək istəsə də, Şəkər razı olmur. Şəkər universiteti bitirdikdən sonra ixtisası üzrə öz kəndlərindəki orta məktəbdə fizika müəllimi işləmək arzusunda imiş".
 
Xatırlatma: Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Zəhərlənən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların müalicələri davam edir. Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Tarix: 24 Noyabr 2019, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin