BURADA REKLAMINIZ OLA
BİLƏR

"Məni öldürmək fikrindədirlər" - Kamil Zeynallıdan ŞOK AÇIQLAMA

Tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkədə açıqlaması ilə diqqət çəkib.

 

O, feysbuk səhifəsində bu sözləri yazıb: "Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb. Acıqlarına gəlib. Bu səfərimiz də xəbərlərə səbəb olub. Bunlar hələ də məni izləyirlər. Ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər.

 

Xəbərlərində öz vətəndaşlarına harda olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə eləsinlər. Guya bunlar ağıllıdırlar da, daha demirlər ki, harada olduğumu Bakıya gələndən sonra yazdım. Mövcud olmayan qondarma "Arçax" hələ anlamır ki, Azərbaycanda milyonlarla Kamil Zeynallı var.

 

Biz xalq olaraq bunu 44 günlük zəfərimizdə bütün dünyaya sübut etdik. Görünür məğlub olmuş erməni höküməti öz şovinist fikirlərindən daşınmaq istəmir. Biləsiz ki, dövlətimizin və xalqımızın Dəmir yumruğu yerindədir".

Tarix: 2 İyul 2022, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin