BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tarixi binada qanunsuz inşa edilən mansard sökülür

Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında 1880-ci ildə inşa edilmiş və tarixi memarlıq abidəsi olan binanın dam örtüyündə həmin binanın sahibkarı tərəfindən mansard inşa olunduğu müəyyən edilib.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, BŞİH-nin strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb.

 

Tarixi binanın üzərində hər hansı tikinti işlərinin aparılmasının yolverilməz olduğu sahibkarın diqqətinə çatdırılıb. BŞİH-nin Kommunal Təsərrüfat Birliyinin nümayəndələri qanunsuz mansardın sökülməsini təmin ediblər və hazırda sahibkar tərəfindən həmin qanunsuz tikili sökülür. Ərazi nəzarətə götürülüb.

 

Sahibkara ciddi xəbərdarlıq edilib. Bir daha həmin sahibkarın diqqətinə çatdırılıb ki, tarixi binada hər hansı tikinti işlərinin aparılması yolverilməzdir.

Tarix: 2 İyul 2022, 11:37   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin