BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “1 iyul tarixinin “Bakılılar günü” kimi qeyd olunmasını düzgün hesab etmirəm”

“1 iyul tarixinin bakılılar günü kimi qeyd olunması, ola bilsin, köhnədən qalmış adət-ənənədir. Bu tarixin ayrıca bir region günü kimi qeyd edilməsini düzgün hesab etmirəm. Çünki Azərbaycan bütövdür və regionlara ayırmaq doğru deyil”.

 

Bu sözləri Pravda.az-a 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov deyib.

 

“Düzdür, regionlarımızda bir sıra xüsusi günlər, müəyyən bayramlar keçirilir. Məsələn, nar bayramı. Bunu etmək olar. Çünki bu, həmin sahədə çalışan insanların stimullaşdırılması, həvəsləndirilməsi məqsədi daşıyır. Ayrıca bir “bakılılar günü” qeyd olunması yalnız köhnə adət ola bilər. Bu, dövlət səviyyəsində qeyd olunan bayram deyil”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 2 İyul 2022, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin