BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tarixi binanın üzərində inşa edilən əlavə tikili söküldü

Bakı şəhəri İslam Səfərli küçəsi 12 ünvanında yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə edilən qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən alınıb.

 

Bu barədə Pravda.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, həmin tarix-memarlıq abidəsinin üzərində əlavə mərtəbənin inşasına başlanıldığı aşkar edilmişdi.

 

Qanunsuz müdaxilə ötən gün baş verib. Taxta konstruksiya ilə aparılan tikinti işləri sökülərək, tarixi bina əvvəlki görkəminə qaytarılıb.

Tarix: 2 İyul 2022, 15:20   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin