BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN polisin öldüyü qəza ilə bağlı məlumata yaydı

İyulun 2-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb

 

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 3 İyul 2022, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin