BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda cüdo məşqçisi qəza nəticəsində öldü

Gəncədə fəaliyyət göstərən "Metallurq" İdman Klubunun cüdo üzrə məşqçisi Orxan Hümbətov ağır yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.


Bu barədə Pravda.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.


Qəza nəticəsində mütəxəssisin ailə üzvləri də dünyasını dəyişib.


Qurum bütün cüdo ailəsi adından Hümbətov və ailə üzvlərinin vəfatından kədərləndiyini bildirib, onun yaxınlarına dərin hüznlə başsağlığı verib.


Allah rəhmət eləsin!

Tarix: 3 İyul 2022, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin