BURADA REKLAMINIZ OLA
BİLƏR

"Xərçəng bütün bədənimə yayılıb"

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva hər həftə kimyaterapiya alır.

 

Pravda.az xəbər verir ki, bu haqda "Toppuş bacı" ləqəbli aktrisa instaqramda canlı yayımda deyib. O bildirib ki, şiş bütün bədəninə yayılıb:

 

"Beş ildir xərçəngdən müalicə alıram. 50-yə yaxın kimyaterapiya almışam. İndi hər həftə kimyaterapiyaya gedirəm. Sağalıb, sağalmayacağımın ehtimalını bilmirəm.

 

Kimyaterapiya həddən artıq çox alıram. Dərəcəsi də yüksəkdir. Anlayıram ki, Allah nə yazıbsa, o da olacaq. Allahımdan yalnız bir balaca möhlət istəyirəm. Başqa heç nə. Kimya limfaya, böyrək damarıma, ağciyərimə, sümüklərimə, qaraciyərimə, ümumiyyətlə, bütün bədənimə yayılıb".

Tarix: 3 İyul 2022, 20:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin