BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda körpə dəm qazından zəhərləndi

Bu gün axşam saatlarında Salyan rayonunda bir ailə dəm qazından zəhərlənib.

 

Pravda.az-ın xəbərinə görə, rayonun Qızılağac kəndində bir evdə yaşayan ailənin 7 nəfət üzvü, qızdırıcı qaz sobasının nasazlığı ucbatından dəm qazının evə dolması nəticəsində zəhərlənib. Hadisə nəticəsində kənd sakinləri 30 yaşlı Günel Bəxtiyar qızı Mehralıyeva və üç azyaşlı uşağı, bacısı 29 yaşlı Aygün Səfərova, onun 1 aylıq körpəsi və həyat yoldaşı Məhi Zeynal oğlu Səfərov dəm qazından zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılacaqları gözlənilir. Faktla bağlı araşdırma aparılır.Virtualaz.org

Tarix: 24 Noyabr 2019, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin