BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı 2022-ci il iyulun 17-də keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Pravda.az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat 7 iyul saat 17:00-dək davam edəcək.

 

Qeyd edək ki, imtahanda namizədlərin ixtisas (musiqi / təsviri sənət / xoreoqrafiya), pedaqogika, məntiq və ümumi dünyagörüşü üzrə bilikləri qiymətləndiriləcək.

 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri, test mərhələsi üzrə proqramla tanış ola və sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Tarix: 4 İyul 2022, 15:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin