BURADA REKLAMINIZ OLA
BİLƏR

7 məhkəmə hakimi vəzifəsindən azad olundu

Ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib. 

Pravda.az xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin qeyd edilib ki, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb. 

Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri keçirilib.Report

Tarix: 10 Mart 2020, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin