BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 3 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanıldı

Bakıda 3 qadını fahişəliyə cəlb edən şəxsə cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Günel Əhmədova 3 həmcinsini fahişəliyə cəlb etdiyi üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daha onra onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Aygün Qurbanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Əgər məhkəmədə Günel Əhmədovanın cinayəti sübuta yetirilərsə, onu iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

 

Kamal Məmmədov

Tarix: 6 İyul 2022, 09:04   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin