BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Ayxan istefa verdi

“Yeni Müsavat” qəzetinin baş redaktoru və eyni adlı Media Qrupun rəhbərinin müavini Azər Ayxan tutduğu vəzifədən istefa verib.

 

Pravda.az xəbər verir ki, bu barədə özü məlumat yayıb.

 

““Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən.

 

Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

 

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

 

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər” – o qeyd edib.

Tarix: 6 İyul 2022, 12:19   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin