BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Ağayev: "Şar partlayışının səsinə ayılırlar, onda da çox gec olur"

"Partiya yaradıb siyasi lider olmağı hədəfləyən elələri var ki, onların potensialını görmək üçün seçki prosesinə ehtiyac yoxdur. Özlərinin təbliği üçün sosial şəbəklərdə apardıqları bayağı, ucuz, ciddiyyətdən çox-çox uzaq tanıtma videoları onların real potensialını da ortaya qoyur".

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev bildirib.

 

"Hələ özləri üçün tərtib eldikləri tərcümeyi-halı demirəm - real qabiliyyətlərindən qat-qat parlaq görünən, şar kimi üfrülən tərcümeyi-halları. Molla İbrahim-Xəlil Kimyagər belə iddiaları qabiliyyətlərini böyük fərqlə üstələyən modern siyasətbazların prototipidir. Heyfim onlara inanıb zamanları xərcləyən insanlarımıza gəlir. Bir də şar partlayışının səsinə ayılırlar, amma çox gec olur" - R.Ağayev qeyd edib.

 

Kənan

Tarix: 8 İyul 2022, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin