BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Yükü dövlətin üzərinə atıb, kənarda durmamalıyıq”

“Avtobuslarda və metrolarda şəhid valideynləri və qazilər üçün gediş haqlarının pulsuz olması ilə bağlı qərarı Nazirlər Kabineti verə bilər. Dövlətimiz iqtisadi gücü artıqca həssas kateqoriyadan onlar insanların sosial durumlarının yaxşılaşdırılması ilə bağlı dəstəyini verir. Hər kəsə də bəllidir ki, bu gün dövlət şəhid ailələrinə və qazilərə necə diqqət və qayğı göstərir. Şəhid ailələri, qazilər mənzillə, nəqliyyat vasitələri ilə təmin edilirlər. Şəhid valideynləri, qazilər üçün gediş haqlarının pulsuz olması ilə bağlı hansısa quruma müraciətlərin edilməsi problemin həlli deyil. Milli Məclisdə bu cür həssas kateqoriyaya aid olan insanlarla bağlı mövcud qanunvericilik çərçivəsində problemlər dəfələrlə qaldırılır. Payız sessiyasında konkret olaraq müəyyən maddələrə düzəlişlər olacaq. Bu düzəlişlər həmin kateqoriyadan olan vətəndaşlarımızın gündəlik həyatlarının yaxşılaşdırılmasına tam dəstək verəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

 

Deputat bildirib ki, hazırda dövlətin qayğıları kifayət qədərdir: “Qarabağda erməni vandallarının törətdiyi vəhşiliklər nəticəsində dağıdılan ərazilərimizin bərpası işləri aparılır. Xalq olaraq yumruq kimi Ali Baş Komandanın ətrafında birləşməli, həmrəylik göstərməliyik. Bütün yükü dövlətin üzərinə atıb, kənarda durmamalıyıq. Dövlətdən tələb ediriksə, müəyyən qədər vətəndaşdan da tələb etməliyik. Hər kəs əlindən gəldiyi qədər şəhid ailələrinə, qaziləmizə dəstəyini ifadə etməlidir. Ola bilsin, hər hansı şəhid atasının təsadüfən avtobusda verməyə pulu yoxdur. Bu, təkcə onun yox, hər kəsin başına gələ bilər. Avtobusdakı sərnişinlər də onun şəhid atası olduğunu bilirsə və bunu ona hiss etdirmədən dəstək vermirsə, o adamlara sözüm yoxdur...”

 

Aytəkin Qardaşova

Tarix: 8 İyul 2022, 15:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin