BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? – Deputatdan AÇIQLAMA

“COVID-19 Azərbaycanda, eləcə də digər dövlətlərdə əvvəlki kimi fəlakətli səviyyədə deyil. Azərbaycanda, demək olar ki, ölüm-itim yoxdur, amma, əlbəttə ki, təhlükə həmişə var. Ayıq-sayıq davranmalıyıq. Gələcəkdə koronavirus təhlükəsi olmasa belə, bir daha belə ağır xəstəliklə üz-üzə gəlməyək deyə nə lazımdırsa, etməliyik”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

 

Deputat qeyd edib ki, Azərbaycan koronavirus infeksiyasına görə dünyanın digər dövlətləri ilə müqayisədə daha az itki verib: “Hökumət dünyada pandemiyanın tüğyan etdiyi zaman mümkün hər şeyi etmişdi. Bundan sonra da həm dövlət, həm də vətəndaşlar sağlamlığın qorunması üçün əllərindən gələni etməlidirlər. Bu baxımdan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB çağırışlar edirlər. Təhlükə olsa da, olmasa da, insan hər zaman sağlamlığını qorumalı və dövlətin də bu istiqamətdə olan tədbirlərini yerinə yetirməlidir”.

 

Leyla Yusubova

Tarix: 8 İyul 2022, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin