BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT! Sabah saat 08:00-dan 18:00-dək...

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Pravda.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.


Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.


Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.

Tarix: 10 İyul 2022, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin