BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış ekspertin əmisi oğlu yol qəzasında həlak oldu

Tanınmış təhsil eksperti Kamran Əsədovun əmisi oğlu Sərxan Əsədov Neftçalada yol qəzasında həlak olub.

 

Bu barədə Pravda.az-a K.Əsədov məlumat verib.

 

Belə ki, rayonun Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb, ağaca çırpılıb.

 

Sürücü Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Allah rəhmət eləsin!

 

Leyla Yusubova

Tarix: 11 İyul 2022, 10:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin