BURADA REKLAMINIZ OLA
BİLƏR

Arı sancması ölümə səbəb ola bilərmi? - “Eşşək arısı” və “it arısı”nın zəhərlərinin toksiki effekti yüksək olduğuna görə...”

“Zəhərli həşəratlar, sürünənlər, yəni zəhəri olan bütün canlıların toksiki maddəsi bədənə keçdikdən sonra insanlarda müxtəlif reaksiyalar yarada bilər. Bəziləri anafilaktik şok yarada, bəziləri isə, hətta ölümə gətirib çıxara bilər. Ona görə bir şəxsin arı sancmasından dünyasını dəyişməsi tamamilə mümkündür. Xüsusilə el arasında “eşşək arısı”, “it arısı” adı ilə tanınan arıların zəhərlərinin toksiki effekti həddindən artıq yüksək olduğuna görə sancma zamanı bu cür reaksiyalar daha çox ola bilər.”

 

Bunu Pravda.az-a açıqlamasında tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib.

A.Qeybulla qeyd edib ki, arı sancması zamanı yaranan anafilaktik reaksiyalar əsasən allergik şəxslərdə olur: “Ağstafada arı sancması zamanı qeydə alınan halda da, çox güman ki, həmin şəxsdə anafilaktik reaksiya baş verib. Belə ki, təzyiq düşüb, ürək döyüntüləri tamamilə ləngiyib və xəstənin vəziyyəti ölmüş kimi dəyərləndirilib. Ölümün baş verdiyini həkim dəqiq müəyyən etməli, yəni əvvəlcə ölüm vəziyyətində olan xəstəyə hər cür yardım edilməlidir ki, o, bu vəziyyətdən qayıda bilsin. Yalnız xəstənin bioloji ölüm keçirdiyini tam müəyyən etdikdən sonra onun ölümü haqqında qərar verilə bilər. Bir insanın kliniki ölüm keçirdiyi zaman bunun vaxtında dəyərləndirilməməsi çox ciddi hadisədir. Buna görə müvafiq tibbi qurumlar və xəstəni zamanında həkimə göstərmədikləri halda, onun himayədarları cavabdehdirlər.”

 

Xatırlatma: Ağstafada gənci arı sancdıqdan sonra təcili tibbi yardım onun öldüyü barədə rəy verib. Lakin sonradan gəncin ölmədiyi və kliniki ölüm keçirdiyi məlum olub. Bundan sonra o, özəl xəstəxanaya aparılsa da, vəfat edib.

 

Leyla Yusubova

Tarix: 11 İyul 2022, 11:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin