BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda kişi polisdə izahat verən həyat yoldaşını yumruqladı

Mingəçevirdə Polis Şöbəsində izahat verən qadına əri tərəfindən ağır xəsarət yetirilib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

 

Belə ki, 1998-ci il təvəllüdlü  şəhər sakini Mustafayeva Pəri Rasim qızı ailədaxili mübahisə ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinə izahat vermək üçün gəlib. Əri isə gözlənilmədən Polis Şöbəsində ona yumruq zərbələri endirib. Sifət nahiyəsindən müxtəlif dərəcəli qapalı travma alan qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 24 Noyabr 2019, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin