BURADA REKLAMINIZ OLA
BİLƏR

Günvurma zamanı nə etmək lazımdır? - Həkim məsləhəti

“İnsanlar hava hədsiz isti olduğu vaxtlarda, əsasən də saat 12:00 və 17:00 aralığında günəş şüalarının altında gəzməməli və daha çox maye qəbul etməlidirlər. Belə hava zamanı açıq rəngli və geniş geyimlərdən istifadə etmək, ağır fiziki yükdən, eləcə də süd, limonad və kofe kimi içki məhsullarından imtina etmək məsləhət görülür. İsti havada daha çox yaşlı insanlar, ürək və qan-damar xəstələri, azyaşlı uşaqlar bədənlərinin susuz qalmasına imkan verməməlidirlər. Əgər 24 dərəcə selsi temperaturda orqanizm gün ərzində iki litr su qəbul etməlidirsə, temperaturun daha çox olduğu günlərdə maye qəbulunu çoxaltmaq lazımdır”.

 

Bunu Pravda.az-a açıqlamasında 19 saylı Şəhər Poliklinikasının Baş həkim müavini Yeganə Cəfərova deyib.

undefined

Y.Cəfərova qeyd edib ki, günvurma halı günəş şüasının təsiri altında bədən hərarətinin həddindən artıq yüksəlməsi və orqanizmin ağır vəziyyətə düşməsi hesabına yaranır: “Günvurma nəticəsində bədəndə mayenin səviyyəsi aşağı düşdükcə, tərləmə prosesi dayanır və bədən özünü effektiv şəkildə soyuda bilmir. Bu zaman bədən hərarəti elə bir həddə gəlir çatır ki, beyin, ürək və böyrəklər funksiyalarını itiməyə başlayırlar. İstivurma halı üçün əsas şərt günəş deyil. İsti paltarda havanın buxarlanmadığı yerdə ağır fiziki işlə məşğul olduqda, yəni bədən ventilyasiya olmayan yerdə bir neçə saat havasız qaldığı zaman da bu hal yarana bilər. İstivurma halına daha çox zərərli vərdişləri olan insanlar, yəni çoxlu spirtli içki qəbul edən, nevroloji preparatlardan istifadə edən və zəif qidalananlar məruz qalırlar. İstivurmanın əsas əlamətləri zəiflik, üzün qızarması, baş ağrısı, baş gicəllənməsi, təngənəfəslik, nəbzin sürətlənməsi, daha ağır hallarda isə bədən hərarətinin 40 dərəcədən artıq olmasıdır. Belə insanlara ilk yardım göstərmək üçün  əvvəlcə isti vurmuş şəxsi kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları əynindən çıxarmaq, yarı oturaq vəziyyətdə uzatmaq lazımdır. Tam vəziyyətdə uzatmaq olmaz. Soyuq su verməli, üzünü və sinəsini soyuq su ilə silməli, başına, boynuna, qoltuqaltı nahiyələrə parçaya bükülmüş buz parçası yaxud da soyuq su ilə kompres qoymaq lazımdır. Digər bir üsul isə zərərçəkmiş şəxsin paltarını soyundurub, onu soyuq suda isladılmış parçaya büküb, başına buz qoymaqdır. Bədən hərarəti normaya çatdıqda, quru parçaya bükülməldir.”

 

Leyla Yusubova

Tarix: 11 İyul 2022, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin