BURADA REKLAMINIZ OLA
BİLƏR

Tağıyevin heykəlinin açılışı təxirə salındı - SƏBƏB

"Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı mart ayında baş tutmayacaq”

Pravda.az-ın xəbərinə görə, bunu heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib. Onun sözlərinə görə, açılış mərasimi mart ayında nəzərdə tutulsa da, koronavirusla əlaqədar təxirə salınıb.

“Məndə olan məlumata görə, heykəlin təqdimatı növbəti aylarda baş tutacaq. Ölkədə koronavirusla bağlı bəzi kütləvi tədbirlər ləğv olunub. Bu səbəbdən heykəlin açılışı da təxirə salınıb. Böyük ehtimalla təqdimat mərasimi aprel və may aylarında keçiriləcək”.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.Azvision

Tarix: 11 Mart 2020, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin