BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəyalədən onları təlxək adlandıran deputata ağır sözlər

“Komedixana” yumoristik verilişini sərt tənqid edən deputat Etibar Əliyevə sözügedən layihədə rol alan aparıcı-aktrisa Xəyalə Quliyevadan cavab gəlib.

 

O, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib:

 

"Salam, çox hörmətli deputat! Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, dünya görüşüm yoxdur. Sadəcə bir deputat kimi heç nə ilə yadda qalmamısız. Bizimlə bağlı danışdığınıza görə, yetəri qədər özümüzü tanıda bilmişik. Bir sözünüzlə razıyam ki, “Komedixana” aktyorlarının kollec təhsili yoxdur.

 

Bəli, haqlısız! Onların hamısı ali təhsillidir. Elə özümü deyim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli sənətkarlardan səhnə danışığı, səhnə mədəniyyəti, aktyor və rejissor dərsləri almışam.

 

Bu o vaxta təsadüf edib ki, siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiz. Məncə, bilib-bilmədən danışmaq sizə yaraşmadı. Eybi yox, bar verən ağacı daşlayarlar. Bir daş da sizdən gəlsin.

 

Əminəm ki, vaxtilə bostanınıza o daşların bir qırığı da atılmayıb. Hörmətlə, ali təhsilli, 4 diplomlu, 20 illik təcrübəli, aparıcı-aktrisa Xəyalə Quliyeva!

Tarix: 12 İyul 2022, 23:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin