BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb - RƏSMİ

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.


Səhiyyə Nazirliyindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.


Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib.


Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Tarix: 13 İyul 2022, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin