“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinlə ard-arda baş tutan telefon danışığı, həmçinin Ərdoğanla Putin arasında gözlənilən görüş regionda vəziyyətin sabitləşməsinə xidmət edən amillərdir. Çünki Türkiyə ilə Ermənistan arasında münasibətlərin kəsilmə səbəbi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti olub. Artıq Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdi. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində də hərəkətlənmə müşahidə olunmaqdadır. Onu da vurğulamaq lazımdır ki, Ermənistan siyasi və həbi xarakterli təxribatlarını davam etdirir. Bu da Ermənistanın sülh danışıqlarında tam səmimi olmadığının göstəricisi kimi qiymətləndirilməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, Azərbaycanın güc mövqeyini daha da möhkəmləndirməsi proseslərə təsir edən real amildir: “Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını uğurla həyata keçirir. Ermənistan proseslərin təsiri altında fəaliyyət göstərir. Rəsmi İrəvanın proseslərə heç bir təsir imkanı mövcud deyil. Ona görə də indiki şəraitdə Ermənistan rəhbərliyi dərk edir ki, ümumi proseslərin ruhuna uyğun davranmaqdan başqa çıxış yolu yoxdur. Yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını şərtləndirəcək elementlərin formalaşdırılmasının vacibliyi Ermənistan tərəfindən qəbul olunur. Artıq sərhədlərin delimitasiya və demarkasiyası üçün Komissiya görüşünün keçirilməsi və növbəti görüşlərin nəzərdə tutulması bir daha göstərir ki, proseslər Azərbaycanın haqlı maraqlarına uyğun istiqamətdə inkişaf edir”.
E.Mirbəşiroğlu deyib ki, Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşdırılması üçün ilkin elementlər mövcuddur: “Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması bütövlükdə regionda həm kommunikasiyanın açılması, həm də gələcəkdə münaqişəsiz vəziyyətin təmin olunması baxımından vacib ola bilər. Proseslərdə Rusiyanın da kifayət qədər təsirli rolu var. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması fonunda Ərdoğanla Putin arasında telefon danışığının baş tutması real nəticələrin olacağı haqqında düşünməyə əsas yaradır. Bir sözlə, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və təxribatlardan tam əl çəkəcəyi təqdirdə, Türkiyə-Ermənistan münasibətləri normallaşacaq. Görünən reallıq ondan ibarətdir ki, Ermənistan artıq regionda sülhə və təhlükəsizliyə təhdid yaradacaq addımlardan çəkinmək məcburiyyətindədir”.
Aytəkin Qardaşova
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin