BURADA REKLAMINIZ OLA
BİLƏR

Abid Qafarov həbs edildi

Yasamal Rayon Məhkəməsində “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, hakim Rauf Daşdəmirovun sədrliyilə keçirilən iclasda hökm çıxarılıb.

 

Hökmə əsasən, o, 1 il müddətinə həbs edilib.

 

Qeyd: Abid Qafarova qarşı iddia qaldıran 7 nəfər müharibə veteranı ərizəsində göstərib ki, təşkilat rəhbəri qaziləri təhqir edib, onları “müti” adlandırıb. İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.

 

Abid Qafarov isə bu iddianı əsassız sayır.

 

Kamal Məmmədov

Tarix: 13 İyul 2022, 19:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin