BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avtolüks Azərbaycan” şirkətlə bağlı məhkəməyə müraciət etdi

“Avtolüks Azərbaycan” MMC “Azcargo Logistics and Management Services” MMC ilə bağlı məhkəməyə müraciət edib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.


Belə ki “Avtolüks Azərbaycan” podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.


İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Qeyd: “Avtolüks Azərbaycan” MMC ölkə ərazisində bahalı avtomobillərin satışını həyata keçirir.

 

Kamal Məmmədov 

Tarix: 13 İyul 2022, 21:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin