BURADA REKLAMINIZ OLA
BİLƏR

Şöbə müdirini və qohumunu avtomobillə qəsdlə vuran şəxsdən xəbər var

 

İsmayıllı rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fazil Ağamirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclasımın vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Ötən il noyabrın 28-də İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Belə ki, İsmayıllı rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən əvvəlcədən aralarında mübahisə olmuş İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və onun qohumu, 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduğunu görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.

 

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan yaralılar müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin (CM) 127-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılıb, Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Daha sonra onun törətdiyi cinayət əməli ağırlaşdırılıb.

 

Belə ki, Fazil Ağamirzəyevin barəsində CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə cəhddə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 13 İyul 2022, 22:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin