BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişini bıçaqlayan qadınla bağlı qərar verildi

Ali Məhkəmədə Bakıda kişini bıçaqlamaqda təqsirli bilinən Aynurə Qafarovanın barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb. İttihama görə, hadisə Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Belə ki, Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Kənan Binnətov orta yaşlı Aynurə Qafarova tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən Aynurə Qafarova həbs edilib. İlkin məlumata görə, Kənan Binnətov hadisəni törədən şəxsin qızı ilə könül əyləncəsi yaşamaq üçün münasibət qurmaq istəyib. Amma sonradan qadın aldadıldığını başa düşüb və Kənan Binnətov ilə mübahisə edib. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib. İstintaq orqanı tərəfindən Aynurə Qafarovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadına sanksiya çərçivəsində müvafiq cəza verilib.

 

Kamal Məmmədov

Tarix: 14 İyul 2022, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin