BURADA REKLAMINIZ OLA
BİLƏR

Dilarənin bu sözləri Afaq Bəşirqızını ağlatdı - VİDEO

Xalq artisti Afaq Bəşirqızı "Söhbət var" proqramının qonağı olub.

 

Pravda.az xəbər verir ki, səhhətindəki problemlə bağlı uzun müddətdir səhnədən uzaq qalan aktrisaya Əməkdar artist Dilarə Əliyeva sual ünvanlayıb.

 

Onun "Darıxmısınız? Qayıdacaqsınız" sualı Bəşirqızını kövrəldib. O, "Çox darıxmışam. Mütləq qayıdacam" cavabını verib.

 

"Səhnədə yeriniz görünür. Neçə ildir səhnə sizsiz qalıb" deyə, Dilarə bildirib. Aktrisa daha sonra A.Bəşirqızı haqda monoloq səsləndirib. Bəşirqızı isə göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, dəfələrlə ağır əməliyyatlar keçirdiyini açıqlayıb.

 

Axşam.az

 

 

Tarix: 14 İyul 2022, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin