BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN "AtaHolding" şirkətini cərimələdi

"AtaHolding" MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Babək Pənahovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: “AtaHoldinq” 2003-cü ildən Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupudur. Tərkibində 10-dan çox şirkət var.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 14 İyul 2022, 11:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin