BURADA REKLAMINIZ OLA
BİLƏR

"Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil" - Məleykə Abbaszadə

"Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir".

 

Pravda.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, səbəb abituriyentlərin II cəhdə daha yaxşı hazırlaşmalarıdır: "Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil. Verilən plan yerləri ilə də bağlıdır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur. Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır".

Tarix: 14 İyul 2022, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin