BURADA REKLAMINIZ OLA
BİLƏR

BŞİH Milli Şuraya yenə “yox” dedi - SƏBƏB

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın Nazirlər Kabinetinin qarşısında piket keçirməsinə razılıq verməyib.

 

Pravda.az-ın xəbərinə görə, BŞİH-in İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsindən daxil olan cavab məktubundan bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq edilib və bu müddət 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.

 

Karantin rejiminə uyğun olaraq əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra qabaqlayıcı tədbirlər görülüb. Bu tədbirlərdən biri də quru sərhədlərinin bağlanmasıdır. Bu məsələ ilə əlaqədar piket keçirmək deyil, aidiyyatı üzrə müraciət etməyinizi tövsiyə edirik. Qeyd olunanları nəzərə alaraq, 20 iyul 2022-ci il tarixdə Nazirlər Kabinetinin binası qarşısında planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik.

 

Milli Şura üzvləri isə aksiya keçirəcəklərini bildiriblər.

 

Kənan

Tarix: 15 İyul 2022, 00:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin