BURADA REKLAMINIZ OLA
BİLƏR

Toya gedənlər qəzaya düşdü, “Prado” “06” ilə toqquşdu - FOTOLAR

Kürdəmir rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Vaqif küçəsində qeydə alınıb.

 

Belə ki, rayon sakini Sakit Məmmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobillə “VAZ 2106” markalı avtomobil toqquşub.

 

Qəzada Göyçay rayon sakinləri Xələfov Manaf Zakir oğlu və Manafova Aidə İsgəndər qızı xəsarət alıb.

 

Onlar müxtəlif növ bədən xəsarətlərilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobildə olan sərnişinlər kiçik toy məclisinə gedirlərmiş.Report

Fotoları təqdim edirik
Tarix: 24 Noyabr 2019, 18:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin