BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Vəliyevin qardaşının “Azərişıq"la məhkəmə çəkişməsi yekunlaşdı

Bakı Kommersiya Məhkəməsində “Azneftemaş” ASC-nin “Azərişıq” ASC-yə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, “Azneftemaş” şirkətinin iddiası rədd edilib.

 

Xatırlatma: “Azneftemaş” ASC “Azərişıq” ASC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Şirkət elektrik istehlakı ilə bağlı tələb irəli sürüb.

 

Qeyd: "Azneftemaş" ASC-nin prezidenti Şahmar Rüstəm oğlu Vəliyevdir. Ş.Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2022, 08:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin