BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda klinikadan 284 min manatlıq oğurluq edən şəxslərlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən oğurluq etməkdə təqsirləndirilən Fərqanə Mirzəzadəyə və Cəlil Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.

 

QEYD: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Hökmə əsasən, onların barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəzlənib. F.Mirzəzadə ilə C.Kərimov məhkəmə iclas zalından həbs olunub.

 

Hadisə 2021-ci ilin yayında paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən baytarlıq klinikasında qeyd alınıb.

 

İttiham aktına əsasən, klinikanın əməkdaşı olan F.Mirzəzadə ilə C.Kərimov oradan ümumilikdə 283 min 744 manatlıq oğurluq ediblər.

 

Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 İyul 2022, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin