BURADA REKLAMINIZ OLA
BİLƏR

Məlahət İbrahimqızı: “Yoluxma artarsa, yenidən məhdudiyyətlər tətbiq edilə bilər”

“Azərbaycanda koronovirusla bağlı vəziyyət dövlətin nəzarətindədir. Xəstəliklə əlaqədar mövcud durum dəyərləndirilir, yəni peyvəndlənmə, xəstəliyin yayılma sürəti və s. Bu baxımdan yaxın zamanlardan ölkə ərazisində yenidən sərt məhdudiyyətlərin tətbiq olunmasına inanmıram”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Deputat xüsusilə qeyd edib ki, may ayında ölkədə koronavirusa yoluxma sayının sıfıra endiyi zaman belə, Operativ Qərargah fəaliyyətini davam etdirib: “Ölkədə COVID-19-a yoluxma halları kəskin şəkildə artarsa və bu dövlətimiz, vətəndaşlarımız, cəmiyyətimiz üçün ciddi təhlükə yaradarsa, Operativ Qəragah müvafiq qərarlar qəbul edəcək. Dünyada müvafiq beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə xəbərdarlıq edilir ki, koronavirusun yeni dalğaları, yeni ştamları yayıla bilər. Bu baxımdan xəstəliyə yoluxma sayında artım olarsa və bu, ciddi hal alarsa, ölkədə yenidən lazımi məhdudiyyətlər tətbiq ediləcək”.

 

Leyla Yusubova

Tarix: 15 İyul 2022, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin