BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Yoluxanların sayı artarsa, qapanmalara gedilə bilər”

“Koronavirusla bağlı vəziyyət ciddiləşməyə doğru gedir, gün ərzində yoluxanların sayı artmaqdadır. Düzdür, Azərbaycanda koronavirusla əlaqədar vəziyyət stabildir. Bu isə dövlət tərəfindən aparılan qabaqlayıcı tədbirlərin və üçüncu doza peyvənddən sonra vətəndaşlarımızda yaranan kollektiv immunitetin nəticəsidir. Lakin buna arxayın ola bilmərik, çünki hələ də pandemiya davam edir, sona çatmayıb”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, son günlər koronavirusa yoluxma sayındakı artım yalnız Azərbaycanda deyil, dünyada müşahidə olunur: “Qarşıdan payız fəsli gəlir və bu fəslin daxil olması ilə əlaqədar xəstəliklər yenidən baş qalıra bilər. Koronavirusla bağlı vəziyyət ciddiləşə bilər, ehtiyatı əldən vermək olmaz. Ümumdünya Səhiyyə Təşkilatı yenidən dünya ölkələrinə maska tələbi ilə bağlı tövsiyələrini verir. Düzdür, hazırda respublikamızda vəziyyət stabildir, amma heç nədən sığortalanmamışıq, hər an vəziyyət dəyişə bilər. Ölkədə koronavirusa yoluxma hallarında ciddi artım olarsa, yenidən qapanmalara gedilə bilər və eyni zamanda maska rejimi də yenidən bərpa oluna bilər. Lakin bunların fonunda belə, ölkədə yenidən SMS icazə sisteminin işə düşməsinə inanmıram, çünki Azərbaycanda kifayət qədər buster doza peyvənd vurduran insanlar var. Hər halda bununla bağlı hər bir qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir”.

 

Leyla Yusubova

Tarix: 15 İyul 2022, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin