BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: “Rusiya müharibədə qalib gəlmək üzrədir, inşallah, belə də olar”

“Səkkiz ildir, Ukrayna Donetski, Donbası bombardıman edir. Bir adam bu barədə bir kəlmə danışmır. Müharibə gedirsə, hər şey ola bilər. Faşistlər Ukraynada  hakimiyyətdən getdikdən sonra Rusiya-Ukrayna müharibəsi başa çatacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

 

Partiya sədri bildirib ki, müharibə Rusiya üçün labüd idi: “Ukrayna NATO-ya üzv olsaydı, NATO gətirib raketlərini qoyacaqdı Xarkovda, oradan Moskvaya cəmi dörd dəqiqəlik uçuşdur. Bu zaman Rusiyanın hava hücumundan müdafiə qüvvələri zərbələri dəf edə bilməyəcəkdi. Rusiya prezidenti Vladimir Putin 2021-ci ilin dekarbrın 24-də bunu açıq şəkildə bildirmişdi. ABŞ və NATO ölkələri isə məhəl qoymamışdılar. Əksinə aranı daha da qızışdırıb, Ukraynanı silahlandırmağa başladılar. Onlar Ukraynadan “qurbanlıq qoyun” kimi istifadə etdilər. Putin də xüsusi hərbi əməliyyata başlamağa məcbur oldu. Hazırda isə Rusiya müharibədə qalib gəlmək üzrədir, inşallah, belə də olar”.

 

Leyla Yusubova

Tarix: 15 İyul 2022, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin